Ən son yazılanlar
Mövzular
Son rəylər
Sayğac

Arxivlər
AĞLAŞMA
Müəllif: Molla Nəsrəddin tarix: 10/31 2007, 06:32
M.Ə.Sabir

AĞLAŞMA

Nə rəvadır əğniyalar baxa ac qalana, ya rəb!
Bu söz ki, ac qalana oluna iana, ya rəb!

Çıxa canı ac qalanın gözünün bəbəklərindən,
Gedib
işləsin, qazansın əlinin əməklərindən,
Nədir
əğniyaya xeyri oların yeməklərindən?
Yeməyib
acından ölsə dəxi xoş bəhana, ya rəb!

Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!
Nəyimə
gərək ki. yeksər qırılıb ölür millət?
Yaradan
xudayi-raziq edəcək özü kəfalət,
rəva baxam fəqirə, ürəyim bulana, ya rəb!

Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə
bir olmamış hey verilir səda sədayə
Ki
, gərək kömək olunsun füqərayi-binəvayə....
Elə
puldu göndərilsin о yana-bu yana, ya rəb!

Sənə , evin yıxılsın, füqəra üçün yanırsan?
Atan
oğlu qardaşındır, hiç bir tanırsan!
İki
gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?
Onu
vermək olmur axır hər ölən-qalana, ya rəb!

Füqəralar əğniyanın tanısın neçin yaxasın?
Əgər
acdı qarnı satsın papağın, çulun-çuxasın;
Edər
əğniya da başqa işə dair öz səxasın,
Məgər
azdı bəzlü bəxşi filanü filana, ya rəb!

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin
gör əğniyanın, yeri varsa sonra danna!
Pulunu
fəqirə versin, bəs acından ölsün Anna?
O məgər ki, Xansənəmdir, qapılar dolana, ya rəb!


Yeni biznes: Dilənçilik
Müəllif: Molla Nəsrəddin tarix: 10/30 2007, 10:06
Molla NəsrəddinEy mənim Azərbaycanlı qardaşlarım və bacılarım, artıq 22 ildir ki, yaşayıram, özümü bildiyim, qandığım gündən bəri dilənçilik görürəm. Sonra deyirik ki, Azərbaycanda işsizlik baş alıb gedir. Bu necə işsizlikdi axı? Azərbaycanda hətta dilənçilik də peşədi. Yollarda, marşrutlarda, metrolarda, bazarlarda, yol kənarlarında nə qədər istəsəz “biznesmen” dilənçi var. Bu insanlar asanlıqla pul qazanmağın yollarını tapmış “ali savadlı” insanlardır. “Ali savadlı” dedim ona görə ki, bu insanlar universitet oxumamış olsalar da, savadları “ali”dir. Bu insanlar o qədər kreativ, o qədər qabiliyətli insanlardı ki, adamın lap heyfi gəlir. Film çəkmə studiam olsaydı onların hamısını aktyor kimi dəvət edərdim. Hollywood yəqin ki, bilmir bizim Bakıda və Azərbaycanın digər bölgələrində belə qabiliyyətli insanların olduğunu. Yoxsa bunların hamısını bərk gedən təyyarəyə yığıb aparardı Birləşmiş Xarabaya.Elə bilməyin ki, mən bu insanlara “səhv edirlər” deyirəm. Əksinə onları belə işlər tutmağa məcbur edən səbəblər var. Nədir bunlar? İncəsənət universitetində yer yoxdu, kino sənayemiz bərbad vəziyyətdədi, teatrlarımıza gedib tamaşalara baxan, biletlərə pul verən yoxdu; onlar da məcburdular ki, bu talantlarını küçələrdə sərgiləsinlər. Nə deyə bilərik? Bərəkallah qabiliyyətlərinə... Bilmirəm bəlkə də, bunlara “bərəkallah” deməklə günah elədim... Sabahdan deyəsən mən də başlayacam. Uzun zamandı özümün kiçik sahibkarlığım, xudmani bir biznesim olsun istəyirəm. Ha fikirləşirəm ki, görəsən biznesin hansı sahəsinə baş vurum. Hansı sahədə bazar boşdu. Mən özümü isbat edə bilərəm, bir iki manat (yeni) qazana bilərəm. Axtardım, axtardım, ən sonda gördüm ki, ən az sərmayə tələb olunan, ən qısa zamanda ən çox gəlir gətirən sahə elə “dilənmək” biznesidi. Deyəsən mən də rəsmi bir şəkildə qeydiyyatdan keçib, Ədliyyə Nazirliyindəki fədakar qardaşlarımızdan icazə alıb başlayacam dilənməyə. Fikirləşirəm ilk öncə metrolara kəllə vurum. Hər vaqondan təxminən 1 manat (yeni) toplasam, gündə də 100 vaqona girsəm, gündə 100 manatım var. Əla, əhsən...Sonra metro bazarını doydurduqdan sonra, başlayacam marşrutlara yalandan qolumu, ayağımı əyri göstərib pul qapmağa. Bir iki bayatı şiraz zad öyrənərəm. Elə bilirsiz səsim yoxdu? Orta məktəbdə oxuyanda məni məktəbin xoruna qəbul eləmişdilər... Qəşəng şer deyirəm... Özümdən bir iki şeir də gupbuldatsam, pullar cibimə dolacaq... Bizim millətin ürəyi yumşaqdı. O qədər yumşaqdı ki, 15 il keçir ki, Qarabağda erməni dılğırları at-eşşək oynadır, qonaqpərvərliyimizdən səs çıxarmırıq. Hamı öz işindədi. Onsuz da Qarabağ bizimdi, erməni kimdi eee, onsuz da geri qayıdacaq. Mən də şirin dilimi işə salsam mənim yumşaq ürəkli, mehriban millətim pullarını mənə verəcək.

Bir də ki, millətim o qədər fədakar və qayğıkeşdi ki, kasıb insanlara yardım edir. Mənə kömək eləsinlər mən bir iki maşın alım, bir iki mənzil alım... Qonşuluqlarında yerləşən, hər gün gördükləri, qohumlarının arasında olan, daha çox ehtiyacı olanlara yardım etmək ağılsızlıqdı. Axı onlar yalan yerə bizə “ayağım əyridi, dilim tutulub, qarnım ağrayır, gözüm görmür” demir axı. Onlara pul verməyin ləzzəti yoxdu. Yaxşısı budu ki, mən də onlara kiçik səhnəciklər göstərim, onlar da mənə pul versinlər...

Nə deyirsiz? Sizdən də məsləhət almaq istərdim...


TEZ OL, «HEÇ NӘYİNİ» GÖTÜR GET
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 04:22
Molla Nəsrəddin Bir gün şәhәr hakiminin yanına iki nәfәr gәlib mübahisәlәrinin hәll olunmasını istәyirlәr. Hakim:
— Nә olubdur? — deyә soruşduqda onların biri deyir:
— Bu şәxs dalına odun yüklәyib gәlirdi. Birdәn ayağı sürüşüb yıxıldı; odunları dalından aşıb yerә düşdü. Bu vaxt, o mәndәn odunları yenidәn dalına qaldırmağı xahiş etdi. Mәn «Zәhmәtimin әvәzindә nә verәcәksәn?» dedikdә, o, «heç nә» deyә cavab verdi. Mәn razı olub odunları qaldırdım. Lakin «heç nәyi» vermәdi. İndi mәn «heç nәyimi» istәyirәm. Mәnim haqqımı versin.
Hakim bu divanın hәllini Molla Nәsrәddinә hәvalә edir. Molla mәsәlәni dinlәyib:
— Oğlum, haqqındır, әlbәttә, nә deyibsә vermәlidir, — deyir vә oturduğu döşәyin kәnarını göstәrib soruşur:
— Gәl, oğlum, yanıma, döşәkçәnin ucunu qaldır, gör orada nә var.
O adam döşәkçәnin altına baxıb cavab verir:
— Heç nә...
— Tez ol «heç nәyini» götür get, — deyә Molla ona әmr edir.

XÖRӘYİN BUĞUNU SATAN, PULUN DA SӘSİNİ ALAR
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 04:17

Molla NəsrəddinBir yoxsul kişi bir parça çörәk tapır; onunla yemәyә bir şey axtara-axtara bir aşpaz dükanının qabağına gәlir. O görür ki, dükandan әt iyi gәlir. Yoxsul tez qazana yanaşıb çörәyini xörәyin buğuna tutub iştah ilә yemәyә başlayır. Yeyib qurtardıqdan sonra aşpaz, kişinin yaxasından yapışıb xörәyin pulunu istәyir.
Kişi nә qәdәr «mәn sәnin xörәyini yemәdim», deyirsә dә aşpaz әl çәkmir.
Aşpaz, yoxsul kişini darta-darta Mollanın yanına gәtirib mәsәlәni olduğu kimi ona danışır. Molla diqqәtlә aşpaza qulaq asandan sonra cibindәn bir ovuc pul çıxarıb aşpazı çağırır vә deyir:
— Qulağını yaxın gәtir.
Aşpaz qulağını Mollaya yaxınlaşdırdıqda Molla ovcundakı pulunu vingildәdib deyir:
— Pulunun sәsini al.
Aşpaz:
— Molla, sәsin nәyini alım? Molla:
— Xörәyin buğunu satan, pulun da sәsini alar.


İNDİ DEYӘR Kİ, PALTAR DA MӘNİMDİR
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 04:12

Molla Nəsrəddin 

Molla hәr sәhәr yuxudan duranda dua edib min qızıl istәyәrmiş.
— Әgәr doqquz yüz doxsan doqquz olsa, almayacağam, — deyәrmiş.
Mollanın varlı qonşusu bununla maraqlanır. Kisәnin içinә doqquz yüz doxsan doqquz qızıl qoyub, bir sәһәr Molla dua edәrkәn bacadan içәri buraxır. Molla, duasının qәbul olunduğunu görüb bacadan düşәn qızılları sayır. Görür ki, bir qızıl әskikdir. Heç halını dәyişmәyib deyir:
— Doqquz yüz doxsan doqquzunu verәn birini dә verər.
Qızılları yığışdırır. Mollanın bu hәrәkәtini görәn qonşu tez damdan aşağı enib onun yanına gәlir:
— Molla, bizim qızılları ver görәk.
— Dәli olmamısan ki!.. Mәndәn nә qızıl istәyirsәn?
— Sәnin hәr sәhәr dua elәdiyini görüb sözünün üstündә dayanıb-dayanmadığını bilmәk üçün qızılları bacadan mәn atdım.
Mәsәlә uzanır. Axırda qonşu deyir:
— Elә isә gedәk mәhkәmәyә.
— Mәn mәhkәmәdәn qaçmıram. Ancaq piyada gedә bilmәrәm. Mәnim üçün yaxşı bir qatır gәtir.
Qonşu, Molla üçün yaxşı bir qatır gәtirir. Molla bu dәfә dә:
— Mәnim paltarım köhnәdir. Mәhkәmәyә bu cür gedә bilmәrәm, — deyir.
Qonşu, Mollanı mәhkәmәyә aparmaq üçün gedib bir yaxşı paltar gәtirir.
Molla paltarı keyib qatırı minir vә gedir.
Mәhkәmәdә qonşu, mәsәlәni danışıb qızılları istәyir. Molladan soruşurlar:
— Molla, sәn nә deyirsәn?
— Soruşun ki, mәnә әli ilә qızıl verib?
Qonşu tәkrar mәsәlәni danışıb Mollanı sınamaq istәdiyini deyir. Molla:
— Ehtimal, mәn pullarımı sayanda bu bilib, onu mәndәn almaq istәyir. Doğrusu bunlar elә adamlardır, indi deyәr ki, «bayırdakı qatır da mәnimdir».
Qonşu özünü itirib:
— Әlbәttә... әlbәttә mәnimdir! — deyir.
— Gördünüz... İndi deyәr ki, әynindәki paltar da mәnimdir.
— Әlbәttә, әlbәttә mәnimdir!
Mәhkәmә sәdri qonşunun «mәnimdir, mәnimdir» demәyini görüb Mollanı aldatmaq istәdiyinә inanır vә o adamı qovur.


MOLLANIN HÖKMÜ
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 04:03

Molla Nəsrəddin İki nәfәr şәrikli işlәtmәk üçün bir dәvә alır. Bunlardan biri dәvәnin qiymәtinin üçdә iki hissәsini, o birisi isә üçdә bir hissәsini verir. Bu şәrtlә ki, dәvәdәn aldıqları mәnfәәti dә bu nisbәtlә bölüşdürsünlәr.
Bir gün tәsadüfәn çaydan keçәndә bu şәrikli dәvә çayda batıb ölür. Şәriklәr arasında mübahisә başlanır. Dәvәnin qiymәtinin üçdә iki hissәsini vermiş varlı şәrik, üçdә bir hissәsini vermiş kasıb şәrikin yaxasından tutub deyir:
—Ziyanın çoxu mәnә dәydiyi üçün gәrәk mәnә bir şey verәsәn.
Yoxsul şәrik dә haqlı olaraq deyir:
—Bizdәn hәr birimizә qoyduğumuz pul qәdәr dә zәrәr dәymişdir.
Nәhayәt davalarını kәsmәk üçün Molla Nәsrәddinin yanına gәlirlәr.
Molla şәriklәrdәn birinin digәrindәn varlı olduğunu görüb yoxsula kömәk etmәk üçün bu cür hөkm verir:
—Dәvәnin batmasına sәbәb onun qiymәtinin üçdә iki hissәsini verәn adamın payının ağırlığıdır. Buna gөrә dә bu şәxs qiymәtin üçdә bir hissәsini verәn adama dәymiş zәrәrin yarısını ödәmәlidir.


Millət necə tarac olur olsun, nə işim var?!
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 02:27

M.Ə.Sabir

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!


Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 


Sizi deyib gəlmişəm...
Müəllif: Molla Nəsrəddin tarix: 10/16 2007, 03:39

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "Lə’nət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, mənə gülürsünüz. Ey müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım, mən sizin ilə türkün açıq ana dilində danışıram. Mən onu bilirəm ki, türkün dili ilə danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salın yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız deyirdi, "Bala, ağlama, xortdan gələr, səni aparar" və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz. Hərdənbir ana dilində danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?"

Molla Nəsrəddin