
Uzun zamandır heç nə yazmıram. Düşünürdüm... Bu son günlərdə hər bir evin ayrılmaz parçası, hər kəsin 1 nömrəli dostu, elə bizim də evdə çox baxılan televizora baxırdım. Hamı bir-birini YENİ İL münasibəti ilə, Qarabağsız 16-cı ilə keçmək münasibəti ilə təbrik edir. Soruşa bilərsiniz, "nə olsun ay Molla? Burda yeni nə var? Həmişəki kimi təbrik edirik də..." Düz deyirsiz o qədər də yeni bir şey yoxdu, çünki Qarabağ hələ də bizimlə deyil. Azərbaycan hələ də Qarabağdan ayrıdır; biz bunu istəməsək və dansaq da.
İndi gəlim əsas məsələyə ey mənim müsəlman qardaş və bacılarım. Nə idi fərqli olan? Diqqətimi bir şey çəkdi bu təbriklərə baxarkən. Əvvəlki yeni illərdən fərqli olaraq, bu yeni ildə "İNŞALLAH BU YENİ İLDƏ QARABAĞI ALARIQ, İNŞALLAH NÖVBƏTİ YENİ İLİ QARABAĞDA KEÇİRƏRİK" kimi və bənzəri ümid verici sözlər eşitmədik. Artıq deyəsən Molladan başqa heç kim üçün maraqlı deyil Qarabağ.
Əvvəllər heç olmasa arzularımız Qarabağla bağlı idi, indi isə deyəsən heç bir bağımız yoxdu Qarabağla; nə qara bağ, nə də ağ bağ...
Bu yaxınlarda internetdə gəzinirdim, adətim üzrə. Birdən bir şəklə gözüm
ilişdi, eşşəyimi saxlayıb endim yerə. Düşündüm yəqin kişmişin üzərində olduğum zaman yanlış görürəm. Sonra enib baxdım, gördüm ki, yox qardaşlar elə mən görəndi. Soruşacaqsız "nədi bu şəkil? söylə biz də bilək". Bəlkə kimlər üçünsə bu yeni xəbər deyil, kiminsə heç vecinə deyil, amma məni yandırdı. Şəkildə Şuşamızı gəzintiyə çıxmış fransız gənclər əks olunurdu. Yox min doqquz yüz çoxdanıncı illərin şəkillərindən deyil, yeni şəkillərdəndir. 2007-ci ilin... Sonra həmin saytı bir az da araşdırdım. Gördüm ki, daha çox şəkillər var. Erməni köpəkləri nə arzu edir, nə də boş-boş danışır. Onlar Qarabağla yaşayır, Qarabağla əlaqəli layihələr həyata keçirir, gəzintilər təşkil edir, turist cəlb edirlər. Biz isə artıq heç arzu da etmirik.
Demirəm sabahdan toplanıb cihad edək. Demirəm partizan savaşına başlayaq. Demirəm kamikadzelik edək. Amma ən azından öz torpağımıza, öz millətimizə, öz vətənimizə, öz dilimizə, öz dəyərlərimizə biganə qalmıyaq. Sahib çıxaq... Unutmayaq...
İnsan nisyandan gəlir, unutmaq deməkdi deyirlər... Deyəsən bu sadəcə Azərbaycanlılara aiddir. Çünki biz öz dəyərlərimizi ən çox unudan millətik. Ən çox öz dilini bilməyib başqa dillərdə danışan bizdə, ən çox təcavüzə məruz qalıb, torpağı işğal olunub ən tez unudan bizdə, lap çox pulu olub ən kasıb olan bizdə... Daha nə deyim?
Azadlıq meydanında diskoteka təşkil edildi. Bir zamanlar kişilər (keçmişdə qaldı) bu meydanda "azadlıq, azadlıq" deyə qışqırıb vətənimizi azad etmək üçün toplanmışdı. O zamanlar Qarabağ kiminsə əlində olsa, o zaman da "Qarabağ, Qarabağ" deyə qışqırardılar. Amma biz bizə aid olmayan musiqilərin altında, hoppanıb-düşmək üçün toplandıq... Allah axırımızı xeyir eləsin!
Heç kim demədi, bari Molla desin: inşallah bu yeni, 2008-ci ildə Qarabağı qaytararıq, yeni bayramlarımızı Qarabağda, Şuşada ermənilərin gətirib öz torpaqlarıymış kimi gəzdirdiyi torpaqlarda keçirərik. İnşallah erməni dılğırlarını vətənimizdən qovub, həmin günü də Azadlıq meydanında diskoteka şəklində qeyd edərik.


