Ən son yazılanlar
Mövzular
Son rəylər
Sayğac

Arxivlər
O BİRİ QAPIDAN GETMİŞӘM
Müəllif: Molla Nəsrəddin tarix: 11/04 2007, 08:35

Mollanın dostlarıO BİRİ QAPIDAN GETMİŞӘM

Bir gün Molla Nәsrәddin evinә gedәrkәn dostlarından bir neçәsi onun qabağını kәsib deyirlәr:
—Molla, gәrәk bizi evinә qonaq aparasan; çunki çoxdandır sәninlә duz-çörәk yemәmişik.
Molla nә qәdәr:
— Balam, әl çәkin, onsuz da evimizdә yemәk üçün bir şey yoxdur,—deyirsә yoldaşları әl çәkmir.
Axırda Molla razı olub bunlarla birlikdә evә gәlir vә qapısına çatanda deyir:
—Siz burada dayanın, mәn qonaq gәldiyini evә xәbәr verim.
Molla içәri girәn kimi oğlunu öyrәdib göndәrir ki, qonaqları bir tәhәr yola salsın. Oğlan küçәyә çıxır özünü bilmәmәzliyә qoyaraq qapıdakılardan soruşur:
—Әmi, kimi istәyirsiniz?
—Mollanı gözlәyirik.
—Molla evdә yoxdur.
—Necә yoxdur? Molla bu saat qapıdan içәri girdi,—deyә qonaqlar uşağa cavab verirlәr.
Mollanın oğlu deyir, qonaqlar deyir, axırda Mollanın sәbri tükәnir, başını pәncәrәdәn bayıra çıxarıb deyir:
—Canım, siz nә qәribә adamsınız, niyә belә mübahisә açırsınız. Bәlkә mәn bu qapıdan girib o biri qapıdan çıxıb getmişәm.


YÜZ İYİRMİ İKİSİ OLACAQDI
Müəllif: Molla Nəsrəddin tarix: 11/03 2007, 05:34

YÜZ İYİRMİ İKİSİ OLACAQDI

MollaBir gün Molla öz-özünə deyir:
—Mən bu ayın hesabını özüm saxlayacağam.
Hesab saxlamaq üçün Molla hәr gün qazana bir noxud salır.
Mollanın qızı bunu görüb elә zәnn edir ki, atası noxudu sevdiyi üçün qazana salır. O da ovucunu noxudla doldurub qazana tökür.
Bir gün Molladan ayın neçәsi olduğunu soruşurlar . Molla :
— Bir az sәbir elәyin, bu saat deyәrәm,—deyә dәrhal evә gedir. Qazanda olan noxudları sayıb görür ki, yüz iyirmi iki dәnәdir.
Molla öz-özünә fikirləşir: «Sözün düzünü desәm mәnә «dәli» deyәrlәr». Onun üçün dә gәlib bu cür cavab verir.
—Bu gün ayın altmış biridir.
Camaat gülüb deyir.
—Ay Molla! Bir ay otuz gündür; necə olur ki, bu gün ayın altmış biri olur?
Molla isә onlara bu cür cavab verir:
—Mәn hәlә insafla danışdım, әgәr iş qazandakı noxudların hesabına qalsaydı, bu gün ayın yüz iyirmi ikisi olacaqdı.


TEZ OL, «HEÇ NӘYİNİ» GÖTÜR GET
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 04:22
Molla Nəsrəddin Bir gün şәhәr hakiminin yanına iki nәfәr gәlib mübahisәlәrinin hәll olunmasını istәyirlәr. Hakim:
— Nә olubdur? — deyә soruşduqda onların biri deyir:
— Bu şәxs dalına odun yüklәyib gәlirdi. Birdәn ayağı sürüşüb yıxıldı; odunları dalından aşıb yerә düşdü. Bu vaxt, o mәndәn odunları yenidәn dalına qaldırmağı xahiş etdi. Mәn «Zәhmәtimin әvәzindә nә verәcәksәn?» dedikdә, o, «heç nә» deyә cavab verdi. Mәn razı olub odunları qaldırdım. Lakin «heç nәyi» vermәdi. İndi mәn «heç nәyimi» istәyirәm. Mәnim haqqımı versin.
Hakim bu divanın hәllini Molla Nәsrәddinә hәvalә edir. Molla mәsәlәni dinlәyib:
— Oğlum, haqqındır, әlbәttә, nә deyibsә vermәlidir, — deyir vә oturduğu döşәyin kәnarını göstәrib soruşur:
— Gәl, oğlum, yanıma, döşәkçәnin ucunu qaldır, gör orada nә var.
O adam döşәkçәnin altına baxıb cavab verir:
— Heç nә...
— Tez ol «heç nәyini» götür get, — deyә Molla ona әmr edir.

XÖRӘYİN BUĞUNU SATAN, PULUN DA SӘSİNİ ALAR
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 04:17

Molla NəsrəddinBir yoxsul kişi bir parça çörәk tapır; onunla yemәyә bir şey axtara-axtara bir aşpaz dükanının qabağına gәlir. O görür ki, dükandan әt iyi gәlir. Yoxsul tez qazana yanaşıb çörәyini xörәyin buğuna tutub iştah ilә yemәyә başlayır. Yeyib qurtardıqdan sonra aşpaz, kişinin yaxasından yapışıb xörәyin pulunu istәyir.
Kişi nә qәdәr «mәn sәnin xörәyini yemәdim», deyirsә dә aşpaz әl çәkmir.
Aşpaz, yoxsul kişini darta-darta Mollanın yanına gәtirib mәsәlәni olduğu kimi ona danışır. Molla diqqәtlә aşpaza qulaq asandan sonra cibindәn bir ovuc pul çıxarıb aşpazı çağırır vә deyir:
— Qulağını yaxın gәtir.
Aşpaz qulağını Mollaya yaxınlaşdırdıqda Molla ovcundakı pulunu vingildәdib deyir:
— Pulunun sәsini al.
Aşpaz:
— Molla, sәsin nәyini alım? Molla:
— Xörәyin buğunu satan, pulun da sәsini alar.


İNDİ DEYӘR Kİ, PALTAR DA MӘNİMDİR
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 04:12

Molla Nəsrəddin 

Molla hәr sәhәr yuxudan duranda dua edib min qızıl istәyәrmiş.
— Әgәr doqquz yüz doxsan doqquz olsa, almayacağam, — deyәrmiş.
Mollanın varlı qonşusu bununla maraqlanır. Kisәnin içinә doqquz yüz doxsan doqquz qızıl qoyub, bir sәһәr Molla dua edәrkәn bacadan içәri buraxır. Molla, duasının qәbul olunduğunu görüb bacadan düşәn qızılları sayır. Görür ki, bir qızıl әskikdir. Heç halını dәyişmәyib deyir:
— Doqquz yüz doxsan doqquzunu verәn birini dә verər.
Qızılları yığışdırır. Mollanın bu hәrәkәtini görәn qonşu tez damdan aşağı enib onun yanına gәlir:
— Molla, bizim qızılları ver görәk.
— Dәli olmamısan ki!.. Mәndәn nә qızıl istәyirsәn?
— Sәnin hәr sәhәr dua elәdiyini görüb sözünün üstündә dayanıb-dayanmadığını bilmәk üçün qızılları bacadan mәn atdım.
Mәsәlә uzanır. Axırda qonşu deyir:
— Elә isә gedәk mәhkәmәyә.
— Mәn mәhkәmәdәn qaçmıram. Ancaq piyada gedә bilmәrәm. Mәnim üçün yaxşı bir qatır gәtir.
Qonşu, Molla üçün yaxşı bir qatır gәtirir. Molla bu dәfә dә:
— Mәnim paltarım köhnәdir. Mәhkәmәyә bu cür gedә bilmәrәm, — deyir.
Qonşu, Mollanı mәhkәmәyә aparmaq üçün gedib bir yaxşı paltar gәtirir.
Molla paltarı keyib qatırı minir vә gedir.
Mәhkәmәdә qonşu, mәsәlәni danışıb qızılları istәyir. Molladan soruşurlar:
— Molla, sәn nә deyirsәn?
— Soruşun ki, mәnә әli ilә qızıl verib?
Qonşu tәkrar mәsәlәni danışıb Mollanı sınamaq istәdiyini deyir. Molla:
— Ehtimal, mәn pullarımı sayanda bu bilib, onu mәndәn almaq istәyir. Doğrusu bunlar elә adamlardır, indi deyәr ki, «bayırdakı qatır da mәnimdir».
Qonşu özünü itirib:
— Әlbәttә... әlbәttә mәnimdir! — deyir.
— Gördünüz... İndi deyәr ki, әynindәki paltar da mәnimdir.
— Әlbәttә, әlbәttә mәnimdir!
Mәhkәmә sәdri qonşunun «mәnimdir, mәnimdir» demәyini görüb Mollanı aldatmaq istәdiyinә inanır vә o adamı qovur.


MOLLANIN HÖKMÜ
Müəllif: Molla Nəsrəddin tarix: 10/29 2007, 04:03

Molla Nəsrəddin İki nәfәr şәrikli işlәtmәk üçün bir dәvә alır. Bunlardan biri dәvәnin qiymәtinin üçdә iki hissәsini, o birisi isә üçdә bir hissәsini verir. Bu şәrtlә ki, dәvәdәn aldıqları mәnfәәti dә bu nisbәtlә bölüşdürsünlәr.
Bir gün tәsadüfәn çaydan keçәndә bu şәrikli dәvә çayda batıb ölür. Şәriklәr arasında mübahisә başlanır. Dәvәnin qiymәtinin üçdә iki hissәsini vermiş varlı şәrik, üçdә bir hissәsini vermiş kasıb şәrikin yaxasından tutub deyir:
—Ziyanın çoxu mәnә dәydiyi üçün gәrәk mәnә bir şey verәsәn.
Yoxsul şәrik dә haqlı olaraq deyir:
—Bizdәn hәr birimizә qoyduğumuz pul qәdәr dә zәrәr dәymişdir.
Nәhayәt davalarını kәsmәk üçün Molla Nәsrәddinin yanına gәlirlәr.
Molla şәriklәrdәn birinin digәrindәn varlı olduğunu görüb yoxsula kömәk etmәk üçün bu cür hөkm verir:
—Dәvәnin batmasına sәbәb onun qiymәtinin üçdә iki hissәsini verәn adamın payının ağırlığıdır. Buna gөrә dә bu şәxs qiymәtin üçdә bir hissәsini verәn adama dәymiş zәrәrin yarısını ödәmәlidir.